BAKI, 22 aprel. TELEQRAF

ABŞ-nin tarifləri ilə bağlı artan qlobal qeyri-müəyyənlik fonunda dünya ölkələri Avropa ilə işləmək üçün sıraya düzülürlər.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının prezidenti Ursula Fon der Leyen deyib.

“Getdikcə gözlənilməz olan qlobal situasiyada ölkələr bizimlə işləmək üçün sıraya düzülürlər”, - qurum rəhbəri bildirib.

Leyenin sözlərinə görə, dünya nizamı Soyuq müharibənin bitməsindən sonra heç vaxt olmadığı qədər dərindən dəyişir.

“Avropa xaosun arasında möhkəm dayanıb, dəyərlərə söykənir və bundan sonra baş verəcəkləri formalaşdırmağa hazırdır”, - Aİ Komissiyasının prezidenti vurğulayıb.