TBİLİSİ, 22 aprel. TELEQRAF
Bu ilin birinci rübündə Gürcüstan 966,93 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun hesabatında bildirilib.
Sənədə əsasən, həcmin 328,79 milyon kilovatt/saatı və yaxud 34%-i Azərbaycanın payına düşüb. Azərbaycan bu göstərici ilə Gürcüstanın ikinci əsas elektrik enerjisi tədarükçüsü olub.
Yanvar-martda Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü isə Rusiya olub. Bu ölkədən idxal olunmuş elektrik enerjisinin həcmi 579,74 milyon kilovatt/saat təşkil edib.
Hesabat dövründə Gürcüstan vasitəsilə Azərbaycandan Türkiyəyə yalnız mart ayında 20,45 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranziti həyata keçirilib.