BAKI, 22 aprel. TELEQRAF

Aprelin 22-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Türk Hava Qurumu Universitetinin rektoru Rahmi Er ilə görüşüb.

Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüş çərçivəsində iki ölkənin ali təhsil müəssisələri arasında cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.