BAKI, 22 aprel. TELEQRAF

Nazirlər Kabineti Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, eləcə də dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərini təsdiqləyib.

Teleqraf xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Nazirlər Kabineti hər iki qərarda Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq tarif (vəzifə) maaşlarının artırılması haqqında” Prezidentin 2025-ci il 27 yanvar tarixli 296 nömrəli Fərmanının 3-cü hissəsinin və Prezidentin 2025-ci il 27 yanvar tarixli 299 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin edib.

Qərara əsasən, Maliyyə Nazirliyinə Dövlət Gömrük Komitəsinin büdcədən maliyyələşən xüsusi rütbəsi olan əməkdaşlarının, eləcə də dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımıilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini 2025-ci ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirməsi tapşırılıb.