BAKI, 26 aprel. TELEQRAF
Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq istəyinə dəstəyini ifadə edib.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.
Trampın Romaya gəlişi, Rusiya və Ukrayna rəsmiləri ilə görüşməyi planlaşdırdığı barədə yazısını paylaşan Mask “Qırğına son qoymağın vaxtıdır” deyib.