BAKI, 26 aprel. TELEQRAF

Pakistan ordusunun Hayber-Paxtunxva əyalətinin Bannu rayonunda keçirdiyi antiterror əməliyyatı zamanı azı 6 yaraqlı öldürülüb, 4-ü isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

Məlumata görə, aprelin 23-dən 24-nə keçən gecə Pakistan hərbçiləri Bannu rayonunu ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi ölkədə qadağan olunmuş “Fitnə əl-Xəvaric” qruplaşmasının yaraqlıları olub.

Əməliyyat davam etdirilir. Hərbçilər arasında itki yoxdur.