BAKI, 25 aprel. TELEQRAF
Bu ilin yanvar-mart ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta ödənişi həyata keçirən “Paşa Həyat Sığorta” olub.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, şirkət rüb ərzində 98 milyon 110 min manat ödəniş aparıb.
Şirkətlərin apardığı sığorta ödənişlərinin rekinqində “Paşa Sığorta” (27 milyon 676 min manat) ikinci, “Atəşgah" sığorta (8 milyon 398 min manat) üçüncü ən çox sığorta ödənişi edən şirkətlər olub. Siyahıda bu şirkətləri “Atəşgah Həyat” sığorta (8 milyon 201 min manat), “Qala Sığorta” (5 milyon 170 min manat) izləyib.
Ümumilikdə, rüb ərzində sığorta şirkətləri tərəfindən 164 milyon 29 min manat sığorta ödənişləri həyata keçirilib.
Onu da bildirək ki, ilk 3 ayda ən az sığorta ödənişi həyata keçirən şirkət "İpək Yolu Sığorta" ASC olub – 11 min manat.