AĞDAŞ, 25 aprel. TELEQRAF

Ağdaşda dağın yamacından tapılan kişi meyitinin kimliyi məlum olub. Bu, Abdullayev Elnur Mənsur oğlu, 1980-ci il təvəllüdlü Kükəl kənd sakinidir. Elnurun orada heyvan otardığı bildirilir.

***

20.37
Ağdaşda dağın yamacında kişi meyiti tapılıb

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Hüşün kəndi yaxınlığındakı dağın yamacında qeydə alınıb.

Meyiti aşkar olunan şəxsin çoban olduğu bildirilir.

Hazırda şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Faktla bağlı araşdırma başlanıb.