BAKI, 25 aprel. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Bakıya səfərə gələcək.
Teleqraf xəbər verir ki, bu barədə ahaber.com saytı məlumat yayıb.
Məlumata görə, ölkə başçısı yaz aylarında sıx diplomatik səfərlər həyata keçirəcək. Onun Bakıya səfərinin dəqiq tarixi barədə məlumat verilməyib.
Ərdoğan Azərbaycan səfərindən əvvəl, aprelin 29-da İtaliyaya gedəcək. Daha sonra ölkə başçısının mayın 3-də Şimali Kipr Türk Respublikasında keçiriləcək TEKNOFEST-də iştirak edəcəyi bildirilir.
Məlumata görə, Ərdoğanın iyunda Vaşinqtona səfəri də gözlənilir.