BAKI, 25 aprel. TELEQRAF
“Azergold” Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan və Kəlbəcər ərazilərində geofiziki tədqiqat işlərinə başlamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, tədqiqat işlərinin Naxçıvan Muxtar Respublikasının Göydağ-Zırnel-Kükü sahəsində və Kəlbəcər rayonunun Tutxun-Şorbulaq bölgəsində aparılması nəzərdə tutulur.
Sözügedən işlər üçün “Azergold” QSC tərəfindən 12.789.838,28 manat məbləğində vəsait ayrılıb. Bu məqsədlə qurum tender elan edib və təkliflərinin son təqdimolunma tarixi 12 iyundur.
Qeyd edək ki, tender şərtlərinə əsasən layihədə iştirak üçün minimum üç iddiaçının müraciəti tələb olunur.
Əlavə olaraq, tenderdə iştirak haqqı 1918.48 AZN olaraq müəyyən olunub.