BAKI, 25 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukraynanın faydalı qazıntılarla bağlı sazişi dərhal imzalamalı olduğunu deyib.
Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri ukraynalı həmkarını razılaşmanı ləngitməkdə qınayıb.
O deyib: “Volodimir Zelenski başda olmaqla, Ukrayna ABŞ ilə nadir faydalı qazıntılarla bağlı çox mühüm sazişə dair yekun sənədləri imzalamayıb. Ən azı üç həftə gecikiblər. Ümid edirəm ki, bu sənəd dərhal imzalanacaq".
O əlavə edib ki, "Rusiya və Ukrayna arasında ümumi sülh sazişi üzərində iş rəvan gedir. Uğur, görünür, hələ qarşıdadır!"