AĞDAŞ, 25 aprel. TELEQRAF

Ağdaşda baş verən yol nəqliyyat hadisəsi zamanı avtomobillərdən biri aşıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qumlax kəndi yaxınlığından keçən avtomagistralda baş verib.

“Vaz 21011” və “Opel” markalı maşınların toqquşması zamanı avtomobillərdən biri idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan 1986-cı il təvəllüdlü Maqsud Mustafayev, 1996-cı il təvəllüdlü Elvin Əsədov, 1991-ci il təvəllüdlü Rəşad Cəbrayılov və 1997-ci il təvəllüdlü Turan Qədirov təcili xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, yaralıların dördü də Ağdaş rayon sakinləridir.

Faktla bağlı araşdırma aparılır.