
BAKI, 8 aprel. TELEQRAF
Mərkəzi Bankda Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında paylaşıb.
Mərkəzi Bankın sədri qeyd edib ki, görüşdə “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası” çərçivəsində icra olunan strateji təşəbbüslər barədə geniş məlumatı Qazaxıstan nümayəndə heyətinin diqqətinə çatdırılb: “Daha sonra maliyyə sabitliyinin təmin olunması, bank və sığorta nəzarəti sahəsində tətbiq olunan yanaşmalar, həmçinin maliyyə bazarlarının tənzimlənməsi sahəsində Qazaxıstan Respublikasının təcrübəsini nəzərdən keçirdik.
Görüşdə, həmçinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu”.