BAKI, 17 aprel. TELEQRAF
Puerto Rikoda elektrik enerjisi tamamilə kəsilib.
Teleqraf xəbər verir ki, bu barədə “El Nuevo Dia” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə ölkədəki bütün elektrik enerjisi istehsal edən qurğuların gözlənilmədən dayanması səbəbindən baş verib. Təxminən 1,1 milyon insan işıqsız qalıb ki, bu da ölkə əhalisinin 80 faizini təşkil edir. Hökumət fövqəladə vəziyyətin nəticələrini aradan qaldırmaq üçün mümkün olan hər şeyi etməyə çalışır.
Hadisəyə yeraltı kabellərin zədələnməsinin səbəb olduğu güman olunur.