BAKI, 3 aprel. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 16,7% artaraq 148,5 milyon dolları üstələyib.

Dövlət Gömrük Komitəsindən Teleqraf-a verilən məlumata görə, Azərbaycandan Gürcüstana ixrac 130,2 milyon dollar (13,1% artım), Gürcüstandan Azərbaycana idxal isə 18,3 milyon dollar (50,5% artım) təşkil edib.

Cari ilin ilk iki ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Gürcüstanla ticarətin payı 1,66 faiz təşkil edib.