BAKI, 3 oktyabr. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi Silahlı Qüvvələr üçün Ay sistemlərinin potensial istifadəsini və onların xərclərini araşdırır.

Teleqraf xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset bildirib.

“ABŞ ordusunun nəyə ehtiyacının olacağını anlamaq üçün 5, 10, 15, 20 il irəliyə baxırıq: hansı ay sistemləri, kosmik sistemlər, yeraltı sistemlər və sualtı sistemləri araşdırırıq. Döyüş əməliyyatları necə aparılacaq? Sabahkı döyüşlər üçün bugünkü büdcəni necə hazırlaya bilərik?” deyə Heqset Koloradoda çıxış edərkən bildirib.

Qeyd edək ki, sentyabrın ortalarında ABŞ Hərbi Hava Qüvvələrinin rəhbərliyi kosmik nəzarət üçün orbital silahlara sahib olduqlarını açıqlamışdı.