BAKI, 3 oktyabr. TELEQRAF

Bu gün “Turan Tovuz” komandası Türkiyənin “Fənərbağça” komandası ilə yoldaşlıq oyunu keçirib.

Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə Super Liqa təmsilçisinin qollarını N’Golo Kante 60-cı, Çağrı Balta isə 74-cü dəqiqədə vurub.

Oyundan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Qeyd edək ki, 1994-cü ildə Azərbaycanı avrokuboklarda təmsil edən ilk komanda “Turan” olub. Qərb təmsilçisinin UEFA Kubokundakı (hazırkı UEFA Avropa Liqası) rəqibi isə “Fənərbağça” olub.