BAKI, 3 oktyabr. TELEQRAF

Yəmənin hava qüvvələri paytaxt Sənada "Ənsar Allah" hərəkatının husi üsyançılarının mövqelərinə zərbələr endirərək iki ballistik raket buraxıcı qurğusunu məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" televiziya kanalı məlumat yayıb.

Nuqum dağı yaxınlığında hava hücumu nəticəsində raket sistemləri üzrə mütəxəssis Rabia Cəlal Əbu Turab həlak olub. Hücum silah anbarlarını məhv etmək və Husilərin raket imkanlarını iflic etmək məqsədi daşıyan daha genişmiqyaslı hökumət kampaniyasının bir hissəsi olub.

Yəməndə Husi üsyançıları ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında silahlı münaqişə 2014-cü ilin avqust ayından bəri davam edir. İyul ayında üsyançılar krallığa qarşı dəniz blokadası elan etdilər və sonradan onun bir neçə neft tankerinə hücum etdilər. Avqustun əvvəlində Ənsar Allah hərəkatı Yəmənin cənub-qərbində hücuma keçdi və 10-11 sentyabr tarixlərində Moha liman şəhəri və Bab əl-Məndəb boğazı ilə həmsərhəd ərazilərə nəzarəti ələ keçirdi.