BAKI, 3 oktyabr. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü briqada generalı Hüseyn Mohebi ABŞ Prezidenti Donald Trampın İranla müharibədən dərs çıxarmalı və Tehranın şərtlərini qəbul etməli olduğunu bildirib .
Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Mohebinin sözlərinə görə, Tramp müharibə zamanı qarşısına qoyduğu heç bir məqsədə çatmayıb və ABŞ ciddi iqtisadi və siyasi nəticələrlə üzləşib.
SEPAH nümayəndəsi ABŞ Prezidentini İranla bağlı qərarlar qəbul edərkən bu təcrübəni nəzərə almağa çağırıb.
Mohebi həmçinin bildirib ki, ABŞ xarici və hərbi siyasətini yenidən nəzərdən keçirməlidir. Onun sözlərinə görə, Amerika rəhbərliyi İsrailin maraqlarını öz vətəndaşlarının maraqlarından üstün tutur.
"Tramp amerikalılara Amerikanın birinci yerdə olacağına söz vermişdi, amma bu gün İsrail ABŞ üçün birinci yerdədir", - deyə SEPAH sözçüsü bildirib.