BAKI, 19 mart. TELEQRAF

“AzInTelecom” MMC süni intellekt laboratoriyasının qurulması məqsədilə avadanlıq və lisenziyalar satın alır.

Teleqraf xəbər verir ki, bununla bağlı şirkət 7 milyon 177 min 300 manat dəyərində satınalma elan edib.

Şəbəkə xidməti ilə bağlı təkliflərin təqdim edilməsi üçün son tarix aprelin 14-dür.