
BAKI, 19 mart. TELEQRAF
Dövlət Turizm Agentliyi sosial media platformalarında reklam yerlərin alınması xidmətlərinin satın alınması ilə əlaqədar açıq tender elan edib.
Teleqraf xəbər verir ki, tenderdə agentliyin Facebook, Google, İnstagram, Tik-Tok, Youtube, Twitter (X) kanalları üçün reklam yerlərinin alınması nəzərdə tutulur.
Tenderin ehtimal olunan qiyməti 1 milyon 363 min 318 manatdır.
Tenderdə iştirak haqqı isə 600 AZN-dir.
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi aprelin 29-dur. Zərflər də həmin gün açılacaq.