BAKI, 19 fevral. TELEQRAF
Daxildə emal xüsusi gömrük prosedurunun tətbiqi ilə ixrac olunan məhsulların həcmində dinamik artım müşahidə edilir.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında qeyd edib.
O bildirib ki, bu sahədə müvafiq qaydaların təkmilləşdirilməsi və sadələşdirilməsi nəticəsində ötən il 2022-ci illə müqayisədə prosedurdan yararlanmaqla ixrac olunan malların həcmi 3,3 dəfə artaraq 455 milyon ABŞ dolları təşkil edib.
