
BAKI, 18 fevral. TELEQRAF
Azərbaycan nar ixracını artırıb.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında nar ixracı 2 milyon 14 min dollar dəyərində 2 min 278 ton olub.
Bu, 2024-cü ilin yanvarı ilə müqayisədə 568 ton və ya 33 faiz çoxdur.