![](https://teleqraf.az/storage/2020/05/04/715x378/edv.jpg)
Bakı, 18 fevral, TELEQRAF
2025-ci ilin yanvar ayında istehlakçılara Əlavə Dəyər Vergisinin 17,5 milyon manatdan çox hissəsi geri qaytarılıb.
Teleqraf Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2025-cü ilin yanvar ayında nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 3,4 milyon manatdan çox olub.