
BAKI, 17 fevral. TELEQRAF
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0.34% artaraq 2,910.70 ABŞ dollarına bərabər olub.
Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti isə 0.21% azalaraq 32.785 ABŞ dolları təşkil edib.