
BAKI, 13 mart. TELEQRAF
Yanvar-fevral aylarında təxminən Avropaya 1,9 milyard kubmetr, Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,5 milyard kubmetr qaz ixrac olunub.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov qeyd edib.
O bildirib ki, bu dövrdə TANAP-la Türkiyəyə 0,9 milyard kubmetr qaz nəql edilib.