
BAKI, 11 fevral. TELEQRAF
"Vergi daxilolmalarının davamlı artımı maliyyə sabitliyinə, sosial layihələrin icrasına və vətəndaşların rifahına mühüm töhfələr verir".
Teleqraf xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, müasir vergi siyasəti fiskal öhdəlikləri yerinə yetirməklə yanaşı, sahibkarlığın inkişafını, biznes ekosisteminin təkmilləşməsini, sabit, şəffaf və rəqabətli fəaliyyəti, iqtisadi artımı və diversifikasiyanı təmin edən fəal iştirakçıdır:
Qeyd edək ki, nazir həm də Azərbaycanın vergi orqanlarının yaranmasının 25 illiyi və vergi xidməti işçilərinin peşə bayramı münasibətilə bu sahədə çalışanları təbrik edib. O, vergi xidməti işçilərinin iqtisadi inkişafa töhfələri, ölkənin mənafelərinə sadiqliyi və fədakar əməyi üçün təşəkkür edib.