BAKI, 2 sentyabr. TELEQRAF

Amerikalı iş adamı Sten Kronke idman imperiyasına daha bir komanda əlavə etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, Kronkenin kolleksiyasına MLB-də (Beysbol üzrə Böyük Liqa) çıxış edən “Los-Anceles Eyncels” də qoşulacaq.

Tərəflər arasında razılaşmanın 2027-ci ilin əvvəlinədək rəsmiləşdirilməsi gözlənilir. Klubun dəyərinin 4 milyard dollar olacağı bildirilir.

“Eyncels”in hazırkı sahibi Art Moreno olub. Onun rəhbərliyi dövründə komanda ardıcıl 11 mövsüm pley-offa vəsiqə qazana bilməyib.

Qeyd edək ki, 79 yaşlı iş adamının “Arsenal”, “Los-Anceles Remz”, “Denver Naqqets”, “Kolorado Avalanş”, “Kolorado Rapids” və “Kolorado Mamot” kimi komandaları var.