BAKI, 2 sentyabr. TELEQRAF

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova milli karyerasını başa vurub.

Teleqraf xəbər verir ki, bu haqda Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Təcrübəli hücumçu yığmadakı son oyununu ötən gün Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə komandasına qarşı keçirib.

Qeyd edək ki, Polina Rəhimova 2007-ci ildən Azərbaycan voleybol yığmasının üzvü idi.