BAKI, 1 sentyabr. TELEQRAF

La Liqa klublarından "Barselona" braziliyalı hücumçu Qabriel Jezusun Premyer Liqa təmsilçisi "Arsenal"dan transferini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2029-cu ilin yayına qədər müqavilə imzalayıblar.

Jezus 2022-ci ilin yayından "Arsenal"da çıxış edir. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 123 matçda iştirak edib, 32 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

Oyunçunun klubla mövcud əmək müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. "Transfermarkt" portalında futbolçunun dəyəri 17 milyon avro təşkil edir.