BAKI, 31 avqust. TELEQRAF

“Əl-Hilal”ın hücumçusu Kərim Benzema yaxın vaxtlarda Səudiyyə Ərəbistanı klubundan ayrılacaq.

Teleqraf "Diario AS"a istinadla xəbər verir ki, 38 yaşlı fransalı futbolçunun karyerasını davam etdirmək üçün bir neçə variantı var.

Onunla “Əl-Şəbab” və sabiq klubu “Əl-İttihad” maraqlanır.

Benzemaya Lionel Messinin çıxış etdiyi ABŞ Major Liqasından (MLS) da təklif gəlib. Keçmiş “Real Madrid” hücumçusu hələ gələcəyi ilə bağlı qərar verməyib.

Qeyd edək ki, Messi və Benzema daha əvvəl İspaniya La Liqasında bir-birlərinə rəqib olublar. Messi 2004-2021-ci illərdə "Barselona"nın, fransız forvard isə 2009-2023-cü illərdə "Real Madrid"in şərəfini qoruyub.