BAKI, 31 avqust. TELEQRAF

“Qəbələ” Kaxaber Tsxadadze ilə yollarını ayırıb.

Teleqraf xəbər verir ki, klub gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlayıb.

“Qəbələ” 57 yaşlı baş məşqçiyə komandadakı fəaliyyətinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, köməkçi məşqçi Georgi Çixradze ilə də yollar ayrılıb.