BAKI, 25 avqust. TELEQRAF
"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununu stadiondan izləyir.
Teleqraf xəbər verir ki, saat 20:45-də start götürən qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.
Hazırda matçın ikinci hissəsi davam edir, "Hapoel" 2:1 hesabı ilə öndədir.
Qeyd edək ki, “Qarabağ” sabah UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Niderland təmsilçisi “Tvente”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Komandalar arasında baş tutan ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.