BAKI, 24 avqust. TELEQRAF
“Sabahkı oyunu həyəcanla gözləyirik”.
Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın vingeri Velko Simiç UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubuna qarşı keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında deyib.
"Sabahkı oyunu həyəcanla gözləyirik. Biz böyük komandayıq. Sabah qalib gəlməyə çalışacağıq. Bu matça motivasiya olunmuşam. Vurduğum qollar isə mənə əlavə motivasiya verir. Mənim vəzifəm daha çox qol vurmaq deyil, komandaya maksimum fayda vermək, yaxşı oynamağımıza və qalib gəlməyimizə kömək etməkdir", - deyə qeyd edib.
Qeyd edək ki, qarşılaşma avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.