BAKI, 24 avqust. TELEQRAF

"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qoşulub.

Teleqraf xəbər verir ki, bu barədə klub məlumat yayıb.

30 yaşlı portuqaliyalı oyunçu Onyekaçi Silas Eze ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Yarımmüdafiəçi ölkəsinin "Boavişta", "Jil Visente", "Paredes", "Marinhense", "Varzim", Çexiyanın "Znojmo" klublarında təmsil olunub.