BAKI, 23 avqust. TELEQRAF
Bu gün Misli Premyer Liqasında ikinci turun oyunları keçirilir.
Teleqraf xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar başa çatıb.
Əvvəlcə "Turan Tovuz" "Şamaxı"nı qəbul edib. Tovuz şəhər stadionunda keçirilən matç qolsuz heç-heçə ilə başa çatıb.
Digər görüşdə isə "Neftçi" doğma meydanda "Araz-Naxçıvan"la qarşılaşıb. Matç "ağ-qaralar"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
23 avqust (bazar)
Misli Premyer Liqası, 2-ci tur
20:45.“Neftçi” – “Araz-Naxçıvan” - 5:0
Qol: Breno Almeyda, 14, 17, Falaye Sako, 35, İqor Ribeyro, 41, Endryu Qravilyon, 90
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
“Palms Sports Arena” 20:45
18:30.“Turan Tovuz” – “Şamaxı” - 0:0
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı
VAR: Vüqar Həsənli
AVAR: Zeynal Zeynalov
Tovuz şəhər stadionu
22 avqust
“Zirə” - “İmişli” - 3:1
“Qəbələ” - “Şəfa” - 0:1
Qeyd edək ki, 2-ci turda keçirilməli olan “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunları təxirə salınıb. "Sabah" Çempionlar Liqası, "Qarabağ" isə Konfrans Liqasındakı oyunlarına görə PFL-ə bu barədə müraciət edib və qurum bu qərarı verib.