BAKI, 23 avqust. TELEQRAF

Azərbaycan Premyer Liqasında II turun oyunları keçirilir.

Teleqraf xəbər verir ki, turun son oyun gününün ilk qarşılaşmasında “Turan Tovuz” “Şamaxı”nı qəbul edib.

Görüş 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, turun son matçında “Neftçi” doğma meydanda “Araz-Naxçıvan”la münasibətlərə aydınlıq gətirəcək.