BAKI, 23 avqust. TELEQRAF

Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun növbəti oyunları keçirilib.

Teleqraf xəbər verir ki, Azərbaycan millisi II turda İspaniya ilə münasibətlərə aydınlıq gətirib.

Faiq Qarayevin kollektivi doğma azarkeşlər önündə növbəti qələbəsini qazanıb.

Milli İspaniya seçməsini 3:0 (16:25, 22:25, 15:25) hesabı ilə məğlub edib.

Qrupun digər görüşündə Portuqaliya və Belçika yığmaları üz-üzə gəliblər. Belçika millisi Bakıda ikinci qələbəsini qazanıb - 3:0 (25:16, 25:21, 25:11).

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda Portuqaliya yığmasını 3:1 hesabı ilə məğlub edib.