BAKI, 22 avqust. TELEQRAF

Pekində keçirilən Humanoid Robot yarışında antropomorf maşınlar 400 və 100 metrlik qaçışlarda rekord nəticələr göstəriblər.

Teleqraf xəbər verir ki, yarış zamanı bəzi "idmançılar"da nasazlıqlar yaranıb.

Tədbir Pekin Olimpiya Sürətli Konkisürmə Stadionunda keçirilir. Yarış 22 avqust axşamı başlayıb və 26 avqusta qədər davam edəcək.

Açıqlanan nəticələrə görə, Tiangong robotu 400 metr məsafəni 39,7 saniyəyə qət etməklə rekord qırıb. Digər beş qaçışçı isə 40,14 saniyədən 41,95 saniyəyə qədər qaçıb. İnsanların dünya rekordu 43,03 saniyədir.

100 metr qaçışda ən yaxşı nəticə 9.314 saniyə (TianGong robotu) və 9.315 saniyə (TianJiao robotu) olub. Bu, insan dünya rekordunu (9.58 saniyə) üstələyir. Bu yarışdakı digər iştirakçılar bu məsafəni qət etmək üçün 9.333 ilə 9.746 saniyə arasında vaxt sərf ediblər.