BAKI, 21 avqust. TELEQRAF

Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun qarşılaşmalarına start verilib.

Teleqraf xəbər verir ki, Azərbaycan millisi ilk oyununda Portuqaliya yığması ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında keçirilən görüşdə Faiq Qarayevin kollektivi 3:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, Bakıda keçiriləcək qrup oyunları avqustun 28-dək davam edəcək. AVRO-2026 isə sentyabrın 6-da yekunlaşacaq. Turnir Azərbaycanla yanaşı, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə təşkil olunur.