BAKI, 13 iyun. TELEQRAF
İngiltərə milli komandasının futbolçularının butsuları oğurlanıb.
Teleqraf xəbər verir ki, bu barədə The Sun qəzeti məlumat yayıb.
Məlumata görə, Floridadan Kanzas-Sitidəki təlim bazasında yük maşınından toplar, analiz avadanlıqları, və Tomas Tuxelin taktika üçün istifadə etdiyi məşq lövhələri və masaj masalarıda oğurlanıb.
Bildirilib ki, polis araşdırmaya başlayıb və iki şübhəli şəxs həbs edilib.
Qeyd edək ki, İngiltərə Dünya Kubokunun qrup mərhələsində ilk oyununu iyunun 17-də Xorvatiyaya qarşı keçirəcək.