BAKI, 5 iyun. TELEQRAF
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında mübarizəyə başlayır.
Teleqraf xəbər verir ki, milli komanda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində İsveç seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu Azərbaycan millisinin növbəti matçı iyunun 7-də Estoniyaya qarşı olacaq.