BAKI, 4 iyun. TELEQRAF
Cənubi Qafqaz geosiyasi qarşıdurma poliqonuna deyil, sabitliyin, mədəniyyətlərarası dialoqun və tərəfdaşlığın nümunəvi məkanına çevrilməlidir.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisidə keçirilən regional forumda çıxışı zamanı bəyan edib.
Dövlət başçısı regionun gələcək perspektivləri ilə bağlı strateji baxışını bölüşərək vurğulayıb:
"Cənubi Qafqaz regionu geosiyasi rəqabətlərin və qarşıdurmaların meydanına çevrilməməlidir. Əksinə, bura sabitliyin, ticarət-iqtisadi əməkdaşlığın, dinc yanaşı yaşamanın və müxtəlif sivilizasiyalar arasında dialoqun bərqərar olduğu nümunəvi bir region olmalıdır".
M.Kavelaşvili həmçinin əlavə edib ki, müasir çağırışlar fonunda Gürcüstan cəmiyyəti dünyada baş verən qlobal prosesləri tənqidi şəkildə qiymətləndirməyi bacarıb və hazırda ölkə öz milli mənafelərini heç bir güzəştə getmədən qətiyyətlə qoruyur.