BAKI, 16 may. TELEQRAF

"Ultimate Fighting Championship" (UFC) çempionu olmuş Konor Makqreqor yaxın zamanda oktaqona qayıda bilər.

Teleqraf xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Mənbənin məlumatına görə, Makqreqor amerikalı döyüşçü Max Holloway ilə qarşılaşa bilər. Hazırda tərəflər arasında danışıqların yekun mərhələdə olduğu qeyd edilir.

Məlumata əsasən, keçmiş iki çəki dərəcəsi üzrə UFC çempionunun geri dönüş döyüşünün iyulun 11-də Las-Veqasda keçiriləcək UFC 329 turniri çərçivəsində baş tutması planlaşdırılır.

Döyüşün yarımorta çəki dərəcəsində keçiriləcəyi bildirilir.