BAKI, 27 may. TELEQRAF

"Milan" və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Dünya Kubokundan sonra futbol karyerasını bitirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Şira sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, təcrübəli yarımmüdafiəçi mundial başa çatdıqdan sonra peşəkar futbolçu karyerasını yekunlaşdırmaq niyyətindədir.

Qeyd edək ki, Dünya Kubokunun qrup mərhələsində Xorvatiya İngiltərə, Panama və Qana milliləri ilə oynayacaq. Turnir 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.