BAKI, 4 iyun. TELEQRAF

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti müəyyənləşib.

Teleqraf xəbər verir ki, baş məşqçi Faiq Qarayev yarış üçün 14 voleybolçuya dəvət göndərib.

Hücumçular: Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova, İlhamə Əzimova

Orta oyunçular: Ayşən Abduləzimova, Aynur İmanova, Mariya Kirilyuk

Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova.

Qeyd edək ki, Faiq Qarayevin köməkçiləri Emin Əbilov, Ziya Rəcəbov və Famil Ağayevdir.