ŞAMAXI, 27 may. TELEQRAF

Növbəti mövsüm futbol üzrə Azərbaycan I Liqasında mübarizə aparacaq bütün iştirakçılar müəyyənləşib.

Teleqraf xəbər verir ki, pley-off mərhələsində I Liqanın 9-cusu olan “Şimal” II Liqanı ikinci pillədə başa vuran “Qaradağ Lökbatan”la üz-üzə gəlib.

Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma “Şimal”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Kamal Umudlunun idarə etdiyi matçda ilk qolu 75-ci dəqiqədə “Qaradağ Lökbatan”ın futbolçusu Rövşən Şahmuradov vurub. 10 dəqiqə sonra isə “Şimal”ın heyətində Rüstəm Hümbətov hesabı bərabərləşdirib. Matçın 90+3-cü dəqiqəsində isə Rəvan Abasov qələbə qoluna imza atıb.

Beləliklə, “Şimal” 2026/2027 mövsümündə də I Liqada mübarizə aparacaq. “Qaradağ Lökbatan” isə II Liqada qalacaq.