BAKI, 8 yanvar. TELEQRAF
Azərbaycanın atletika üzrə milli komandasına yeni baş məşqçi təyin olunub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə əməkdar məşqçi Tofiq Əliyev gətirilib.
Qeyd edək ki, 72 yaşlı Tofiq Əliyev daha öncə yığma komandamızın sprint üzrə böyük məşqçisi olub.