BAKI, 26 dekabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (FHN İSK) keçirilən gənclər arasında ölkə birinciliyində mükafatlandırma mərasimi baş tutub.

Teleqraf xəbər verir ki, oğlanlar arasında 48 kq, 59 kq, 63 kq, qızlar arasında isə 44 kq və 49 kq çəki dərəcələrində idmançılar mükafatlandırılıb.

Qalib idmançılara mükafatlar Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və ATF-in vitse-prezidenti Hikmət Səmədov tərəfindən təqdim olunub.