BAKI, 26 dekabr. TELEQRAF
“Ötən il paralimpiyaçılarımız 54 medal qazanmışdı. Bu il isə 61 medal əldə edilib. Bu baxımdan 2025-ci ili ötən ildən uğurlu hesab etmək olar”.
Teleqraf xəbər verir ki, bu sözləri Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov ilin yekunlarına həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında deyib.
“30 beynəlxalq turnirdə iştirak etmişik. Burada bir dünya və iki Avropa çempionumuz oldu. Medal qazanan idmançılar arasında gənc və yeniyetmə paralimpiyaçılarımız üstünlük təşkil edir. Komitə tərəfindən ilk dəfə yarışlarda qalib olan idmançılara mükafat ayrılıb. Karyeralarını bitirən idmançıların məşqçi kimi fəaliyyətini davam etdirməsi də nəzərdə tutulub. 2026-cı ildə Milli Paralimpiya Komitəsinin beynəlxalq standartlara cavab verən yeni loqosu da təqdim olunacaq” - deyə, Rəhimov qeyd edib.